Əfqanıstanın vitse-prezidenti "Taliban"ı ölkənin şimalında qocaları və uşaqları qaçırmaqda günahlandırıb

Əfqanıstanın vitse-prezidenti "Taliban"ı ölkənin şimalında qocaları və uşaqları qaçırmaqda günahlandırıb
# 24 avqust 2021 06:02 (UTC +04:00)

Əfqanıstanın şimalındakı Bağlan əyalətinin Əndarab bölgəsində humanitar vəziyyət son dərəcə çətin olaraq qalır. Buna səbəb radikal “Taliban” hərəkatı silahlılarının yanacaq və ərzaq tədarükünə əngəl törətməsi, həmçinin yerli sakinləri qaçırmasıdır.

APA TASS-a istinadən xəbər verir ki, “Taliban” əleyhinə bu cür ittihamlar radikalların ölkədə hakimiyyəti ələ keçirməsini qəbul etməyən və özünü dövlət başçısı vəzifəsininin müvəqqəti icraçısı elan edən Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh tərəfindən səsləndirilib.

“Taliban” qida və yanacağın Əndarab vadisinə keçirilməsinə imkan vermir. Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmaq məcburiyyətində qalıb. Son iki gündə “Taliban” uşaqları və qocaları qaçırır, onları öz əməllərində və ya evlərdə axtarış aparılması üçün canlı qalxan kimi istifadə edir”, - deyə Saleh öz “Twitter” səhifəsində yazıb.

Bundan başqa, ölkəni tərk edən prezident Əşrəf Qani dövründə daxili işlər naziri vəzifəsində çalışan Məhəmməd Məsud Əndarabi öz “Twitter” səhifəsində yazıb ki, “Taliban” tərəfindən dinc əhaliyə qarşı edilən vəhşiliklərin heç bir əsası yoxdur” və buna görə də insan haqları üzrə beynəlxalq təşkilatları “Əndarabda “Taliban”ın əməllərini araşdırmağa” çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR