Həsən Ruhani və İraqın Baş naziri arasında telefon danışığı olub

Həsən Ruhani

© APA | Həsən Ruhani

# 17 may 2021 13:08 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani və İraqın Baş naziri Mustafa əl-Kazimi arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı terrorçu və təkfirçi qruplarla mübarizədə əməkdaşlığın davam etdirilməsi, İranın İraqdakı diplomatik korpusuna son hücumların qarşısının alınması üçün zəruri addımların atılması müzakirə edilib.

H. Ruhani İraqın region ölkələri arasında ixtilafların həlli üçün yardımlarını alqışlayıb. O bildirib ki, İraqın Ərəb Birliyində nüfuzu var və bu ölkə öz nüfuzundan istifadə edərək birlik ölkələrini Fələstin məsələsində daha aktiv olmağa çağıra bilər.

Tərəflər iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR