İranda baş verən iki yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb

İranda iki yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb

© APA | İranda iki yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb

# 11 oktyabr 2021 19:54 (UTC +04:00)

İranda gün ərzində iki ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, hər iki hadisə Sistan və Bəluçistan əyalətinin Sarvan-Xaş maqistral yolunda qeydə alınıb.

Baş verən birincı qəzada 6 nəfər ölüb, 28 nəfər yaralanıb. İkinci yol-nəqliyat hadisəsi zamanı isə 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralanıb.

Yaralılar Xaş şəhər xəstəxanasına yerləşdirilib.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki hadisədə ölən və yaralananlar İrana qanunsuz yollarla daxil olmuş əcnəbi vətəndaşlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR