İranda COVID-19-dan ölənlərin sayı 113 mini ötüb

İranda COVID-19-dan ölənlərin sayı 113 mini ötüb
# 10 sentyabr 2021 15:36 (UTC +04:00)

İranda ötən sutka ərzində 445 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 113 380 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 21 114 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19-a yoluxanların sayı 5 258 913 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR