İranda daha 187 nəfər koronavirusdan ölüb

İranda daha 187 nəfər koronavirusdan ölüb
# 22 may 2021 15:56 (UTC +04:00)

İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 78 381 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 8005 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 282 3887 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR