İranda koronavirusdan ölənlərin sayı 120 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 120 mini ötüb
# 29 sentyabr 2021 14:30 (UTC +04:00)

İranda ötən sutka ərzində 272 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 120160 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13271 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5572962 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR