İranda koronavirusdan ölənlərin sayı 125 223 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 125 223 nəfərə çatıb
# 24 oktyabr 2021 14:49 (UTC +04:00)

İranda ötən sutka ərzində 171 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125223 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9174 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 860 844 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR