İranda yük maşını 6  minik avtomobili ilə toqquşub, yaralılar var

İranda yük maşını 6  minik avtomobili ilə toqquşub, yaralılar var
# 07 oktyabr 2021 20:28 (UTC +04:00)

İranın Kirman şəhərində yük maşını 6 minik avtomobili ilə toqquşub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Kirmanın Allahabad şəhərində dördyol ayrıcında baş verib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar arasında yeniyetmə və qadın da var.

İran Tibbi Ekspertiza Təşkilatının məlumatına görə, cari ilin (İranda il martın 21-də dəyişir) ilk 4 ayında 5600 nəfər yol qəzalarında həyatını itirib, 102 min nəfərdən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR