“Taliban” Kabildə qadınların aksiyasını dağıtmaq üçün qazdan istifadə edib

“Taliban” Kabildə qadınların aksiyasını dağıtmaq üçün qazdan istifadə edib
# 04 sentyabr 2021 15:20 (UTC +04:00)

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı qadınların paytaxt Kabildə etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, qadınlar aksiyanı hüquqlarının kişilərlə bərabər olması tələbi ilə keçiriblər.

Qadınlar gələcəklərinin qeyri-müəyyən olmasından narahatlıqlarını ifadə ediblər. Onları daha çox təhsil almaq və işədüzəlmə problemləri narahat edir.

Bildirilir ki, Prezident sarayı yaxınlığındakı meydanda təşkil olunmuş aksiyada “Taliban” tərəfdarları qadınlardan birini döyüb.

Qeyd edək ki, “Taliban” quracağı hökumətdə qadınların təmsil olunmayacağını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR