Trabzonda təyyarə bomba xəbərdarlığına görə təcili eniş edib

Trabzonda təyyarə bomba xəbərdarlığına görə təcili eniş edib
# 07 oktyabr 2021 13:50 (UTC +04:00)

Küveyt-Trabzon reysini yerinə yetirən “Airbus A320” sərnişin təyyarəsi havada olduğu zaman bomba xəbərdarlığı edilib.

APA-nın yerli bürosunun CNN Türk-ə istinadən verdiyi xəbərinə görə, sərnişin təyyarəsi təcili eniş edib.

Sərnişinlər təxliyə edilib, hava limanında geniş təhlükəsizlik tədbirləri görülüb. Yanğınsöndürənlər və təcili yardım briqadaları əraziyə cəlb olunub, bomba zərərsizləşdirmə mütəxəssisləri təyyarədə araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR