Türkiyədə bu gün koronavirusdan 206 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 206 nəfər ölüb
# 23 avqust 2021 04:54 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 206 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 265 196 nəfər test edilib, onların 18 622-nin koronavirus testi pozitiv nəticə verib, 13 263 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 88 760 525 peyvənd tətbiq edilib ki, bunun 74,01 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR