Türkiyədə COVID-19-a qarşı tətbiq edilən peyvəndlərin sayı 90 milyon dozanı ötüb

Türkiyədə COVID-19-a qarşı tətbiq edilən peyvəndlərin sayı 90 milyon dozanı ötüb
# 24 avqust 2021 16:03 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlərin sayı 90 milyon dozanı ötüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 46 531 660 nəfərə birinci doza, 35 582 500 nəfərə ikinci doza, 7 888 258 nəfərə isə üçüncü doza peyvənd vurulub.

Beləliklə, ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 90 002 418 dozadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR