Azərbaycan yığması Avropa çempionatında fiaskoya uğradı

Azərbaycan yığması Avropa çempionatında fiaskoya uğradı
# 26 yanvar 2009 09:42 (UTC +04:00)
Bakı – APA. Finlandiyanın paytaxtı Helsinkidə fiqurlu konkisürmə üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən 5 idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Konkisürənlərimizdən ən yaxşı göstəriciyə Kristin Freyzer - İqor Lukanin cütlüyü imza atıb. Onlar məcburi, orijinal və sərbəst proqramların cəminə əsasən, 9-cu yeri tutublar. Digər rəqs cütlüyü, ABŞ-da doğulan Nadine Əhməd və Brüs Porter isə ölkəmizi rüsvay ediblər. Legionerlər məcburi və orijinal proqramda biabırçı nəticə (28-ci və 27-ci pillə) göstərdikdən sonra sərbəst proqramda çıxış etməyə özlərində qüvvə tapmayıblar. Yekunda amerikalı konkisürənlər 28 cütlük arasında 27-ci sırada qərarlaşıb.

Qadınların fərdi birinciliyində yarışan Emina Hacıyeva isə final mərhələsinə yüksəlməyi bacarmayıb. O, təsnifat mərhələsində 33,96 xal toplayaraq, 30-cu yerdə qalıb və çempionatla erkən vidalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR