Halqalarla çıxış edən Azərbaycan komandası Dünya Kuboku turnirinin bürünc mükafatını qazanıb - YENİLƏNİB

Halqalarla çıxış edən Azərbaycan komandası Dünya Kuboku turnirinin bürünc mükafatını qazanıb - <span style="color: red;">YENİLƏNİB
# 29 aprel 2018 14:29 (UTC +04:00)

Azərbaycanın 5 halqa ilə çıxış edən bədii gimnastika üzrə milli komandası Dünya Kuboku turnirində bürünc medal qazanıb.

 

APA-nın məlumatına görə, yığmamız 17,600 xal toplayaraq üçüncü olub.

 

Bolqarıstan komandası 19,800 xalla birinci, İtaliya millisi 18,000 xalla ikinci yerdə qərarlaşıb.

 

***

 

saat 13.01

 

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinin sonuncu gününə fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışları ilə start verilib.

 

APA-nın məlumatına görə, fərdi yarışlarda əvvəlcə halqa və top, ardınca gürzlər və lent ilə hərəkətlərdə ən güclü gimnastlar müəyyənləşəcək.

 

Daha sonra qrup hərəkətləri yarışlarının finalçıları 5 halqa, 3 top və 2 iplə məharətlərini göstərəcəklər. Qrup yarışlarında Azərbaycan milli komandasının heyətində Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman mübarizə aparacaqlar. Komandamız halqa ilə yarışlarda meydana 6-cı, toplar və iplərlə mübarizədə isə 8-ci çıxacaq.

 

Yarışların ilk iki gününün nəticələrinə görə final mərhələsində ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda yarışacaq.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR