Gürcüstanda koronavirusa yoluxanların sayı 408-ə çatıb

#
# 09:47
21 aprel 2020

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 408 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4779 nəfər saxlanılır, stasionar müalicədə isə  561 nəfər var. Virusa yoluxmuş şəxslərdən 95-i sağalıb, 4 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR