Avropa Şurasının baş katibi Kiprin yenidən birləşməsi istiqamətində rəsmi danışıqların başlanmasını alqışlayır

Avropa Şurasının baş katibi Kiprin yenidən birləşməsi istiqamətində rəsmi danışıqların başlanmasını alqışlayır
# 04 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurasının baş katibi Terri Devis Kiprin yenidən birləşməsi istiqamətində rəsmi danışıqların başlanmasını alqışladığını bəyan edib. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katib Kiprin birləşməsi ilə bağlı danışıqların başlanmasını bir neçə ay əvvəl heç kimin təxmin etməyə belə cəhd göstərmədiyi hadisə adlandırıb. “Bu, hər iki liderin öz adını tarixə yazdırması üçün yaxşı fürsət, eyni zamanda bu gün dünyaya ən çox ehtiyac duyulan ismarıcı göndərməsi üçün Kiprə verilən imkandır. Söhbət uzun zamandır, davam edən münaqişələrin sülh yolu ilə həll edilə biləcəyi ismarıcından gedir. Hər şeydən əvvəl isə bu, Kipr xalqı üçün birlikdə daha yaxşı gələcək qurmaqdan ötrü bir imkandır. Beynəlxalq ictimaiyyətin bu danışıqlar prosesinə dəstəyi bundan aydın şəkildə ifadə oluna bilməz”.

T. Devis AŞ-nin bu prosesi özünün təcrübəsi və ekspertizası ilə dəstəkləməyə hazır olduğunu və tezliklə ilkin nəticələr əldə ediləcəyinə ümid etdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR