Böyük Britaniya hökuməti BBC-ni öz aparıcılarının maaşlarını azaltmağa çağırıb

Böyük Britaniya hökuməti BBC-ni öz aparıcılarının maaşlarını azaltmağa çağırıb
# 03 noyabr 2008 08:25 (UTC +04:00)
London – APA. Böyük Britaniya hökuməti BBC korporasiyasını israrla öz məşhur aparıcılarının maaşlarına yenidən baxmağa çağırıb. APA-nın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, əks halda hökumət BBC-ni maliyyələşdirməkdən imtina edə bilər. Mədəniyyət, idman və KİV üzrə dövlət katibi Endi Bernem BBC rəhbərliyi ilə görüşündə bildirib ki, aparıcılarla bağlanan və milyonlarla funt-sterlinq məbləğində əməkhaqqı ödənməsini nəzərdə tutan müqavilələr maliyyə böhranının yaşandığı cəmiyyətdə neqativ reaksiyalara səbəb olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR