Almaniyada daşqın qurbanlarının sayı 169-a çatıb

Almaniyada daşqın qurbanlarının sayı 169-a çatıb
# 21 iyul 2021 02:48 (UTC +04:00)

Almaniyada daşqın nəticəsində ölənlərin sayı 169-a çatıb.

APA xəbər verir ki, bu barədə “Agence France Presse” agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, təkcə Reynland-Pfalz federal torpağında fəlakət qurbanlarının sayı 121 nəfər olub.

Bundan əvvəl leysan yağışlar nəticəsində Almaniyada ölənlərin sayının 164 nəfər olduğu bildirilmişdi. Yağışlar səbəbindən Reyn çayının qolları olan Ar və Mozel, həmçinin kiçik Zauer, Prüm, Nims, Kil və Erft çayları məcrasından çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR