Ərdoğanla Fələstin lideri Mahmud Abbasın görüşü keçirilir

Ərdoğanla Fələstin lideri Mahmud Abbasın görüşü keçirilir
# 10 iyul 2021 16:22 (UTC +04:00)

Türkiyəyə səfər edən Fələstin dövlət başçısı Mahmud Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda Vəhdəddin köşkündə görüş başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş mətbuata qapalı keçirilir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Mahmud Abbasın səfəri çərçivəsində ikitərəfli münasibətlər, Türkiyə ilə Fələstin arasında əməkdaşlığı gücləndirmək üçün atılacaq addımlar müzakirə ediləcək.

Fələstindəki humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi ilə bağlı proseslər və Fələstində keçirilməsi planlaşdırılan seçkilərlə bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR