Türkiyə və Avstriya XİN başçıları görüşüb

Aleksandr Şallenberq, Mövlud Çavuşoğlu

© APA | Aleksandr Şallenberq, Mövlud Çavuşoğlu

# 28 iyun 2021 15:17 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

Görüş İtaliyada G20 ölkələrinin XİN başçılarının iclası çərçivəsində keçirilib.

M. Çavuşoğlu Livanın Baş nazirinin müavini və Niderlandın XİN başçısı ilə də təkbətək görüşlər keçirib.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bir neçə gün əvvəl Azərbaycanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR