Türkiyədə koronavirusdan daha 96 nəfər həyatını itirib

Türkiyədə koronavirusdan daha 96 nəfər həyatını itirib
# 10 iyun 2021 20:40 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 96 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 320 nəfər test edilib, onların 6408-nin koronavirus testi pozitiv nəticə verib, 6895 nəfər sağalıb, 1009 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 524 nəfər ölüb.

Türkiyədə indiyədək 5 313 098 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 186 728 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR