AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib
# 16 oktyabr 2020 17:08 (UTC +04:00)

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

Bildirilib ki, iclasda erməni nümayəndə heyətinin üzvləri Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndiriblər.

Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçirilən qəbiristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində AzTV-nin əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T. Gəncəliyev Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi üzündən 28 ildir öz yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR