AXCP Rəyasət Heyəti ADP daxilində baş verən proseslərlə bağlı ADP üzvlərinə müraciət edib

AXCP Rəyasət Heyəti ADP daxilində baş verən proseslərlə bağlı ADP üzvlərinə müraciət edib
# 12 fevral 2007 16:09 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında Azərbaycan Demokrat Partiyasının (ADP) daxilində baş verən son proseslər müzakirə edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Rəyasət Heyəti ADP-nin bütövlüyünün qorunmasını və “Azadlıq” blokunun Əsasnaməsinə uyğun olaraq götürdüyü öhdəliklərə əməl etməsini məqsədəuyğun hesab edib. İclasda qeyd olunub ki, kompromis yollarla və bir-birini inandırmaqla problemlər həll edilməzsə, yaranmış hazırkı durum “Azadlıq” blokunda müəyyən problemlər yarada bilər. RH ADP-də yaranmış durumla bağlı müttəfiq partiyanın üzvlərinə müraciət edilməsi haqda da qərar qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR