Deputat: “Birinci Qarabağ müharibəsinin bəzi şəhidlərinin ailələri hələ də evlə təmin edilməyib”

Deputat: “Birinci Qarabağ müharibəsinin bəzi şəhidlərinin ailələri hələ də evlə təmin edilməyib”

© APA | Deputat Razi Nurullayev

# 21 may 2021 12:31 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsinin bəzi şəhidlərinin ailələri hələ də evlə təmin edilməyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev bildirib.

Deputat bu ailələrin bir qismi ilə görüşdüyünü də qeyd edib.

Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Sahibə Qafarova isə deyib ki, şəhid ailələri hər zaman dövlətin qayğısı ilə əhatə olunur: “Bununla bağlı faktları yazılı şəkildə təqdim edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR