Hikmət Hacıyev: “Mina təhlükəsi barədə maarifləndirməni artırmağımıza ehtiyac var“

Hikmət Hacıyev: “Mina təhlükəsi barədə maarifləndirməni artırmağımıza ehtiyac var“
# 02 dekabr 2021 15:32 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlarımızın üzərinə düşən böyük bir məsuliyyət və öhdəlik var. Aidiyyəti strukturlarımız tərəfindən vətəndaşlarımıza intensiv şəkildə xəbərdarlıqlar edilib ki, işğaldan azad olunmuş ərazilərə getdiyimiz təqdirdə konkret açılmış ərazilər və cığırlar istisna olmaqla kənara çıxmaq olmaz”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, mina təhlükəsi hər birimizi gözləyir: “Mina hər hansı insan arasında fərq qoymur. Hər bir insan mina qurbanı ola bilər. İkincisi, Daxili İşlər Nazirliyi tərəfindən son günlər verilmiş açıqlamalar da göstərir ki, bəzən ərazilərə icazəsiz və qanunsuz giriş halları da baş verməkdədir. Ümumiyyətlə, cəmiyyətimizdə minalarla bağlı maarifləndirmə işləri aparılır, bundan sonra media, müxtəlif sosial media imkanlarından da istifadə edərək mina təhlükəsi barədə maarifləndirməni artırmağımıza ehtiyac var ki, insanlarımız bu dəhşətli bəlanın qurbanı olmasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR