Qüdrət Həsənquliyev: “Bütün daxil olan qanun layihələrində rüsumlar, vergilər artırılır”  - VİDEO - YENİLƏNİB

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 25 iyun 2021 12:36 (UTC +04:00)

“Bütün daxil olan qanun layihələrində rüsumlar, vergilər artırılır ”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev ortaya fərqli bir mənzərənin çıxdığını deyib: “Sanki şəxs haqqında ölüm hökmü çıxarılıb, ancaq hakim şəxsə deyir ki, mənin üçün yaxşı olacaq. Bunu ona görə deyirəm ki, onsuz da vətəndaş vergi ödəyir”.

Millət vəkili “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanun layihələrinin arayışında 6 ay ərzində şəxsin əlilliyi müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklif olunur: “Ancaq qanun layihəsində bu aydın ifadə olunmayıb”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə iradla qismən razılaşıb: “Qanun layihələrinin birində bu, aydın ifadə olunub”.

Qanun layihələri ikinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR