Ötən il daha 14 dini icma dövlət qeydiyyatına alınıb

Ötən il daha 14 dini icma dövlət qeydiyyatına alınıb
# 28 yanvar 2021 17:49 (UTC +04:00)

2020-ci ildə 2-si xristian olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 955-ə çatıb.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib.

Onun sözlərinə görə, eyni zamanda, 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR