QMİ sədrinin müavini: “Din xadimlərinin vaksinasiyası tamamlanmaq üzrədir” 

Fuad Nurullayev

© APA | Fuad Nurullayev

# 20 may 2021 13:17 (UTC +04:00)

Məscidlərin açılmasına hazırlıq məqsədilə din xadimlərinin vaksinasiya prosesi aparılır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, din xadimlərinin 90 faizindən çoxunun vaksinasiyası həyata keçirilib:

“Yaşı 40-dan yuxarı olan din xadimləri daha əvvəl vaksinasiya olunub. Yaşı 40-dan aşağı olan din xadimləri vaksinasiya olunur. QMİ rəhbərliyi bu məsələyə ciddi yanaşdı, din xadimləri hətta İdarəyə də dəvət olundular və vaksinayadan keçmələri üçün şərait yaradıldı. Müəyyən poliklinikalara müraciət olundu ki, bu məsələnin həlli üçün bizə yardımçı olsunlar. Mənim yaşım 50-dən yuxarıdır, özüm də hər iki mərhələdə vaksinasiya olunmuşam”.

F.Nurullayev qeyd edib ki, aprel ayına qədər yaşı 50-dən yuxarı olan din xadimləri vaksinasiya olunublar: “Digərlərinin vaksinasiyası da tamamlanmaq üzrədir. Bu həftə bir çox din xadimləri də İdarəyə dəvət olunub və onların da vaksinasiyası həyata keçirilib. Yaş fərqinə varmadan peyvənd olunmayan imam, imam müavinlərini poliklinikalara yönləndirdik, onlar da vaksinasiya olundular. Biz camaat namazlarının bərpasına ümidvarıq. Bu məsələ həllini tapdığı halda həmin din xadimləri məscidlərdə fəaliyyət göstərməlidir. Ona görə də hamısının vaksinasiya olunması lazımdır ki, sonradan yoluxma təhlükəsi olmasın. Din xadimlərinin vaksinasiyası artıq tamamlanmaq üzrədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR