Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının prezidenti seçilib

Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının prezidenti seçilib
# 05 noyabr 2021 22:27 (UTC +04:00)

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib.

Apasport.az saytının məlumatına görə, WSF-nin vitse-prezidenti və İdarə Heyətinin üzvü olan həmyerlimizə İstanbulda 11-ci dünya şotokan çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsvermənin qalibi kimi bu məsul vəzifə həvalə edilib.

O, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvüdür.

WSF-nin İdarə Heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyev də yer alacaq. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.

Türkiyə Karate Federasiyasının prezidenti vəzifəsinə namizədlərdən Ercüment Taşdemir WSF-nin baş katibi seçilib.

Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR