Azərbaycanda konsert verməyə gələn Mahsun Kırmızıgül 7 saat Atatürk Hava Limanında qalıb

Azərbaycanda konsert verməyə gələn Mahsun Kırmızıgül 7 saat Atatürk Hava Limanında qalıb
# 18 yanvar 2007 09:34 (UTC +04:00)
İki günlük konsert vermək üçün Azərbaycana gələn Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Atatürk Hava Limanında xoşagəlməz situasiya ilə üzləşib. APA-nın məlumatına görə, müğənninin minəcəyi “Azərbaycan Hava Yolları”na aid təyyarənin ayaqyolunda meydana gələn nasazlıq səbəbindən o, hava limanında 7 saat gözləmək məcburiyyətində qalıb. Gözləməkdən yorulan Mahsun Kırmızıgül hava limanındakı oturacaqlardan birinin üzərində yatmalı olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR