Mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyası bu il qüvvəyə minəcək

Mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyası bu il qüvvəyə minəcək
# 19 yanvar 2007 11:27 (UTC +04:00)
Mədəniyyət sahəsində 10 illik Dövlət İnkişaf Konsepsiyası bu il qüvvəyə minəcək. Bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov deyib. O bildirib ki, artıq konsepsiyanın ilkin variantı hazırlanaraq mədəniyyət işçilərinin müzakirəsinə verilib: ”Sənədlə bağlı teatr, kinematoqrafiya, muzey, rəssamlıq və mədəniyyətin digər sahələrində çalışan şəxslərin rəy və fikirlərini toplayırıq. Kifayət qədər fikir və rəy toplandıqdan sonra konsepsiyanın son variantı hazırlanaraq təsdiqlənəcək”. İ. Hümbətovun sözlərinə görə, konsepsiyada mədəniyyətin idarə olunmasında desentralizasiya, demonopolizasiya və demokratikləşmə istiqamətində aparılan islahatların sürətləndirilməsi, hüquqi təminatın inkişafı, konseptual-məlumat təminatının yenidən təşkili, maddi-texniki infrastrukturun, muzey işinin müasirləşdirilməsi, mədəni irsin mühafizəsi, kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsi, qeyri-maddi irsin və xalq yaradıcılığının qorunması, incəsənətin dəstəklənməsi, mədəni sənayelərin və kinematoqrafiyanın dirçəldilməsi kimi bəndlər yer alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR