"Alman Bukeri"nin qalibi məlum olub

"Alman Bukeri"nin qalibi məlum olub
# 13 oktyabr 2020 14:07 (UTC +04:00)

Alman kitab mükafatının (Deutscher Buchpreis) 2020-ci il üzrə qalibi yazıçı Anne Veber olub.

APA-nın “Gorky.media”ya istinadən verdiyi xəbərə görə, o, mükafata “Annet, qəhrəman haqqında epos” (“Annette, ein Heldinnenepos”) adlı bioqrafik əsərinə görə layiq görülüb.

Alman kitab mükafatının qalibi 25 min avro qazanır.

Anna Veber 1964-cü ildə anadan olub. Hazırda Parisdə yaşayan yazıçı alman və fransız dillərində yazır. Onun “Annet, qəhrəman haqqında epos” əsəri 2020-ci ildə çap olunub.

Qeyd edək ki, bu il qələbə uğrunda 6 finalçı yarışıb.

Xatırladaq ki, hər il alman dilində yazılmış ən yaxşı roman müəllifinə verilən “Deutscher Buchpreis” 2005-ci ildə təsis olunub. Almaniya, Avstriya və İsveçrə yazıçıları arasında əsas ədəbi mükafat hesab edilir və "Buker" mükafatının alman variantı sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR