“Qalatasaray”ın məşqçisi İstanbuldakı terror aksiyası zamanı həlak olub

“Qalatasaray”ın məşqçisi İstanbuldakı terror aksiyası zamanı həlak olub
# 28 iyul 2008 14:44 (UTC +04:00)
İstanbul – APA. İyulun 27-də İstanbulda baş vermiş terror aksiyası zamanı ölənlər arasında “Qalatasaray” klubunun şəhərin Bağçılar rayonundakı futbol məktəbinin məşqçisi Xeyrəddin Gülər də var. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, X. Gülər Əmrə Belözoğlu və Arif Ərdəm kimi məşhur futbolçuları yetişdirib. “Qalatasaray” klubu rəsmi saytında mərhumla bağlı başsağlığı mesajı yayımlayıb. X. Gülər İstanbulda dəfn olunub.
Xatırladaq ki, İstanbuldakı terror nəticəsində 18 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR