AVRO-2020-nin ev sahibləri dəqiqləşib

AVRO-2020-nin ev sahibləri dəqiqləşib
# 17 iyun 2020 16:49 (UTC +04:00)

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib.

Apasport.az saytının “Sky Sport”a istinadən məlumatına görə, UEFA qitə birinciliyinin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

Koronavirus pandemiyası səbəbindən gələn ilə ertələnən turnirin oyunları öncədən də nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeştdə baş tutacaq. UEFA İcraiyyə Komitəsi bu gün keçiriləcək iclasdan sonra bununla bağlı məlumat yayacaq.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR