AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə müqaviləni artırıb

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə müqaviləni artırıb
# 31 may 2021 19:02 (UTC +04:00)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə bağlı qərar verilib.

Avstriyalı sabiq referinin sədr vəzifəsində müqavilə müddəti uzadılması qərara alınıb. Həmçinin Hakimlər Komitəsinin vakant olan yerə üzvü vəzifəsinə Babək Quliyev təsdiq olunub.

Bundan başqa, hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021/22 mövsümündən etibarən təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR