Aleks Ferqyuson: “Millinin təklifini 10 saniyə düşündüm”

Aleks Ferqyuson: “Millinin təklifini 10 saniyə düşündüm”
# 13 oktyabr 2021 17:10 (UTC +04:00)

“İngiltərə millisini çalışdırmağı heç vaxt razı ola bilməzdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson deyib.

Şotlandiyalı mütəxəssis “qırmızı şeytanlar”da çalışdığı dönəm İngiltərə Futbol Assosiasiyasından təklif aldığını, lakin dərhal rədd etdiyini söyləyib: “Mançester Yunayted”in keçmiş sədri Martin Edvards vasitəsilə bir dəfə mənə yaxınlaşdılar. Martinə dedim ki, bunu unut, mənə maraqlı deyil. Sonra İngiltərə millisinə rəhbərlik etməyi təklif etdilər, cəmi 10 saniyə düşündüm. İngiltərə yığmasını çalışdırmazdım. Bunu etsəydim, Şotlandiyada mənə nələr edərdilər”.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR