AVRO-2020: Fransa Budapeştdə büdrəyib

AVRO-2020:  Fransa Budapeştdə büdrəyib
# 19 iyun 2021 18:55 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, II turun son oyun gününə start verilib.

Günün ilk qarşılaşması Budapeştdə baş tutub. Yerli Macarıstan yığması son dünya çempionu Fransanı qəbul edib.

İlk turda Portuqaliyaya 0:3 hesabı ilə uduzan Marko Rossinin yetirmələri matçın ilk yarısında etibarlı müdafiə olunub və fasilə ərəfəsində hesabı açıb. Didye Deşamın yetirmələri yalnız ikinci hissənin ortalarında bərabərlik qoluna imza atıb. Antuan Qrizmann komandasını məğlubiyyətdən xilas edib. Xal itkisindən qaça bilməyən Fransa heç-heçə ilə turnir cədvəlində liderliyə yüksəlib. Meydan sahibləri isə “Ölüm qrupu”nda ilk xalını alıb.

Qeyd edək ki, qrupun II turdakı digər matçı Münhendə təşkil olunacaq. Almaniya son Avropa çempionu Portuqaliya ilə üz-üzə gələcək.

AVRO-2020
II tur, 19 iyun
F qrupu
17:00. Macarıstan - Fransa - 1:1
Qollar:
Attila Fioli, 45+2 - Antuan Qrizmann, 66
Baş hakim: Maykl Oliver (İngiltərə)
Budapeşt. “Puşkaş Arena”

1

Fransa

2

1

1

0

2-1

4

2

Portuqaliya

1

1

0

0

3-0

3

3

Almaniya

1

0

0

1

0-1

0

4

Macarıstan

2

0

1

1

1-4

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR