Avrokubok mövsümü start götürüb

Avrokubok mövsümü start götürüb
# 22 iyun 2021 23:55 (UTC +04:00)

Avrokuboklarda 2021/22 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında ilkin təsnifat mərhələsinin yarımfinal oyunları keçirilib.

Farer adalarında baş tutan matçlarda “Priştina” və “İnter” rəqibini məğlub edərək, finala yüksəlib. Həlledici qarşılaşma iyunun 25-də keçiriləcək.

Meydanı məğlub tərk edən “Folqor”la “HB Torshavn” isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.

Çempionlar Liqası
İlkin təsnifat mərhələsi, yarımfinal
22 iyun
“Folqor” (San-Marino) – “Priştina” (Kosovo) – 0:2

Krasniqi, 51, Hoti, 90+1
“HB Torshavn” (Farer adaları) – “İnter” (Andorra) – 0:1
Betriu, 61

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR