Azərbaycan çempionatında limit dəyişdirilib

Azərbaycan çempionatında limit dəyişdirilib
# 31 may 2021 19:03 (UTC +04:00)

Azərbaycan çempionatının Birinci Divizionunda limit dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Qurum 2021/22 mövsümündən yeni limitin tətbiq edilməsinə qərar verib. Hər komandanın heyətində 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu meydanda olmalıdır. Digər 6 nəfər yaş məhdudiyyəti olmadan iştirak edəcək.

Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan yalnız 2-si legioner ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR