Çempionlar Liqasının rekordçusu: “100 oyun keçirəcəyimi və bu qədər çox qol vuracağımı heç vaxt düşünməzdim”

Çempionlar Liqasının rekordçusu: “100 oyun keçirəcəyimi və bu qədər çox qol vuracağımı heç vaxt düşünməzdim”
# 03 noyabr 2021 10:06 (UTC +04:00)

“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə oyunun qəhrəmanı seçilib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard komandasının 5:2 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atıb.

Bununla Levandovski Çempionlar Liqasında çıxdığı 100-cü görüşündə qollarının sayını 81-ə yüksəldib. İndiyə qədər heç bir futbolçu ilk 100 oyununda bu qədər fərqlənməmişdi.

Levandovski qarşılaşmadan sonra bunu heç vaxt xəyal etmədiyini söyləyib: “Mükəmməl axşamdır, çünki penalti vurmadım. Xoşbəxtlikdən daha çox qol vurduq, o cümlədən mən. Bu turnirdə 100 oyun keçirəcəyimi və bu qədər çox qol vuracağımı heç vaxt düşünməzdim. Bu, mənim üçün xüsusidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR