İtaliya məğlubiyyətsiz oyunlar seriyasını 28-ə çatdırıb

İtaliya məğlubiyyətsiz oyunlar seriyasını 28-ə çatdırıb
# 12 iyun 2021 00:56 (UTC +04:00)

AVRO-2020-nin açılış oyununda Türkiyəni 3:0 hesabı ilə məğlub edən İtaliya uğurlu seriyalarını davam etdirib.

Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 28-ə çatdırıb.

2018-ci ilin sentyabrında Millətlər Liqasının Portuqaliya ilə görüşündə 0:1 hesabı ilə uduzan İtaliya həmin vaxtdan məğlubiyyət nə olduğunu bilmir. Onları öz tarixlərinin rekordundan 2, İspaniyaya məxsus dünya rekordundan 7 matç ayırır.

İtaliya həm də ardıcıl 9-cu quru hesablı qələbəsini qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR