İtaliya yığması dünya rekordunu təkrarlayıb

İtaliya yığması dünya rekordunu təkrarlayıb
# 03 sentyabr 2021 09:28 (UTC +04:00)

İtaliya milli komandası dünya rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb.

Apenninlilər buna DÇ-2022-nin seçmə mərhələsinin IV turunda nail olub. Bolqarıstanla 1:1 hesablı heç-heçə İtaliyanın uğurlu seriyasını 35-ə çatdırıb.

“Skuadra Adzurra” sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin vaxt Portuqaliya ilə Millətlər Liqasının oyununun taleyini 1 qol həll edib.

İtaliya bununla da İspaniya və Braziliyanın dünya rekordunu təkrarlamağa müvəffəq olub. Cənubi amerikalılar 1993-96, avropalılar 2007-09-cu illərdə ardıcıl 35 matçda uduzmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR