Konfrans Liqası: “Sumqayıt” “Çukariçki” ilə qarşılaşacaq

Konfrans Liqası: “Sumqayıt” “Çukariçki” ilə qarşılaşacaq
# 29 iyul 2021 00:12 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Sumqayıt” bu gün növbəti avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Konfrans Liqasında “Çukariçki” ilə qarşılaşacaq.

II təsnifat mərhələsinin Serbiyadakı ilk görüşündə qolsuz heç-heçə edən sumqayıtlılar tur adlamaq üçün mütləq qalib gəlməlidir. Bu, ya oyunun əsas və əlavə vaxtına, ya da penaltilər seriyasına təsadüf etməlidir.

İndiyədək avrokuboklarda nəinki mərhələ keçməsi və ya qələbə qazanması, heç qol vurmasına da təsadüf olunmayan “Sumqayıt” ilklər üçün “Kapital Bank Arena”ya çıxacaq. Bu görüşdə vurulacaq top həm də Azərbaycan klublarının Konfrans Liqasında ilk qolu da ola bilər. Bu, digər qarşılaşmaların axarından asılı olacaq.

Qeyd edək ki, “Sumqayıt” mərhələ adlasa, “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
20:00. “Sumqayıt” (Azərbaycan) – “Çukariçki” (Serbiya)

Baş hakim: Yorgen Burhardt (Danimarka)
Sumqayıt. “Kapital Bank Arena”
İlk oyun – 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR