Memfis Depay qol sayında Yohan Kroyfa çatıb

Memfis Depay qol sayında Yohan Kroyfa çatıb
# 08 sentyabr 2021 09:37 (UTC +04:00)

Niderland millisinin futbolçusu Memfis Depay yığmada ilk het-trikinə imza atıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunun Türkiyə ilə matçında (6:1) fərqlənib.

O, qələbəyə üç qolla töhfə verib. Bununla da Depayın millidəki qol sayı 33-ə çatıb.

Memfis yığmadakı qol sayında əfsanəvi Yohan Kroyf və Abe Lanstraya çatıb. Onlar Niderlandın ən məhsuldar futbolçuları siyahısında 8-10-cu yerləri bölüşür.

Qeyd edək ki, Niderlandın ən məhsuldar futbolçusu Robin van Persi 50 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR