Qurban Qurbanov: “Sona qədər mübarizə getdi, temp düşmədi”

Qurban Qurbanov

© APA | Qurban Qurbanov

# 08 iyul 2021 10:15 (UTC +04:00)

“Maraqlı oyun oldu. Düzü, futbolçular bir az çətinlik çəkdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sofiya MOİK-i ilə keçirilən yoxlama görüşünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis klubun yutub kanalına açıqlamasında komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdən razılıq bildirib: “Rəqibin Avstriyada keçirdiyi 4-cü oyun idi. Onların hazırlığı bizdən daha yaxşı səviyyədə idi. Üstəlik, heyətimizdə də problemlər var idi. Bəzi oyunçularımızı qoruduq, 90 dəqiqə meydanda saxlamadıq. Futbolçuların sürət, mübarizə hiss etməsi baxımından mənim üçün çox vacib görüş idi. Rəqib də tam istədiyimiz kimi idi”.

Qurbanov bəzi problemlərinin olduğunu da etiraf edib: “Birinci hissədə texniki səhvlərimiz bir az çox oldu. Bu da başadüşüləndir. İstənilən halda oyundan razı qaldım. Sona qədər mübarizə getdi, temp düşmədi. Bir az çətinliklərimiz var. Bugünkü oyunda da tam hiss olundu. İnanıram ki, yaxın zamanda bunları aradan qaldıracağıq. Görüşü qalibiyyətlə bitirmək tam yerinə düşdü”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR