Uruqvaylı futbolçu intihar edib

Uruqvaylı futbolçu intihar edib

© APA | Uilyams Martines

# 19 iyul 2021 13:09 (UTC +04:00)

Uruqvaylı futbolçu Uilyams Martines 39 yaşında ölüb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı intihar edib.

İkinci liqada çıxış edən “Vilya-Teras”ın oyunçusu özünü qətlə yetirib. Martines bunadək Uruqvay, Argentina, Venesuela, Çili, Paraqvay, İspaniya, Fransa klublarında çıxış edib. O, həmçinin “Vest Bromviç” klubunda oynayıb. Martines Uruqvay yığmasında 1 oyun keçirib.

Qeyd edək ki, bununla əlaqədar Uruqvay çempionatının XI turunun matçları təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR