FİFA Paris klubuna transfer qadağası qoyub

FİFA Paris klubuna transfer qadağası qoyub
# 01 may 2021 11:11 (UTC +04:00)

FİFA Fransanın iki klubuna transfer qadağası qoyub.

Apasport.az saytının məlumatına görə, bunlar Liqa1 klubu “Anje” və Liqa2 təmsilçisi “Paris”dir.

Ali futbol qurumu adıçəkilən klublara bir transfer dönəmində oyunçu almaq qadağası tətbiq edib. Buna səbəb ötən ilin yayında “Paris”lə həvəskar müqavilə imzalayan bir futbolçunun 6 həftə sonra “Anje”yə keçməsidir.

FİFA bunu “körpü transfer” kimi qiymətləndirərək, hər iki kluba həmçinin 27 min avro məbləğində cərimə kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR