“Fənərbaxça” rusiyalı hücumçuya təklif göndərib

#
# 00:29
7 avqust 2020

Türkiyənin “Fənərbaxça” klubu rusiyalı futbolçu transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, istanbullular Moskva “Lokomotiv”inin hücumçusu Fyodor Smolovun transferi üçün rəsmi təklif göndərib.

Super Liqa klubu ötən mövsümü İspaniya “Selta”sında keçirən forvardı yay fasiləsində heyətinə qatmaqda maraqlıdır. 30 yaşlı hücumçu icarə əsasında oynadığı La Liqada 14 matçda 2 qol vurub.

Qeyd edək ki, Smolovun qalacağı ehtimal olunsa da, “Selta” onu almaq istəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR