Lionel Messinin butsları 144 min avroya satılıb

Lionel Messinin butsları 144 min avroya satılıb
# 01 may 2021 16:41 (UTC +04:00)

“Barselona”nın kapitanı Lionel Messinin butsları auksionla satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, bu, argentinalı superulduzun əfsanəvi futbolçu Pelenin “Santos”da 643 qolluq rekordunu qırdığı matçda geyindiyi butslar olub.

Həmin futbol ayaqqabıları 144 min avroya sahibini tapıb. Əldə edilən gəlir xəstə uşaqlara yardım üçün Barselona xəstəxanasına köçürüləcək.

Qeyd edək ki, Messi La Liqada “Valyadolid”lə matçda fərqlənərək “Barselona”nın heyətində 644-cü qolunu vurub. Bununla o, bir klubda ən çox qol vuran futbolçu rekordunu yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR