“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi ilə yollar ayrılıb

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi ilə yollar ayrılıb
# 22 sentyabr 2020 17:06 (UTC +04:00)

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb. Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir. Seleksiya prosesinə rəhbərlik edən Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub.

O da vurğulanıb ki, bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb: “Azərbaycan yığmalarının məşqçiləri sırasında da "Qəbələ" akademiyasının çalışdırıcıları yer alıb. Akademiyanın bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiyanın komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komandası 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edəcək komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub”.

"Qəbələ" İdman Klubu futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə Halim Fıçıcıya təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR